Qətərdə təşkil olunan DÇ-2022-də qrup mərhələsinin 2-ci turunun oyunları davam edir.
“İki sahil” xəbər verir ki, F qrupunda Xorvatiya ilə Kanada üz-üzə gəliblər.
Oyunun 2-ci dəqiqəsində Alfonso Deyvis hesabı açıb. 36-cı dəqiqədə Andrey Kramariç bərabərlik qolunu vurub. 44-cü dəqiqədə Marko Livaya Xorvatiyanı hesabda önə çıxarıb. 70-ci dəqiqədə yenidən fərqlənən Andrey Kramariç komandasının üstünlüyünü iki topa çatdırıb. Matçda son nöqtəni 90+4-cü dəqiqədə Lovro Mayer qoyub – 4-1.
Dünya çempionatı, 2-ci tur
27 noyabr
F qrupu
20:00. Xorvatiya 4-1 Kanada
Qol: Alfonso Deyvis, 2, (1-0), Andrey Kramariç, 36, (1-1). Marko Livaya, 44, (2-1), Andrey Kramariç, 70, (3-1), Lovro Mayer, 90+4, (4-1)
Baş hakim: Andres Matonte (Uruqvay)
"Xəlifə" stadionu