Səngəçal karvansarası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi reyestrə daxil edilib. Tarixi abidənin bərpa olunmasına ehtiyac var.
“İki sahil” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildiriblər.
Qeyd olunub ki, ölkə əhəmiyyətli memarlıq abidəsi olan bu karvansaranın bərpa olunaraq, istifadə olunması məsələsi diqqətdə saxlanılır: "Bir neçə gün öncə Dövlət Xidmətinin rəhbərliyi də həmin abidədə olub, tarixi tikilinin mühafizəsi və gələcək nəsillərə tam şəkildə çatdırılması üçün müvafiq addımların atılacağını bildirib. Onu da qeyd edək ki, abidə bərpa olunması üçün investisiya planına salınıb. Vəsait ayrıldıqdan sonra bərpa işlərinə başlanılacaq".
Bakıda "Asiman" qalereyasının açılışı və "Susuzluq" rəsm silsiləsinin təqdimatı olub
Leyla Əliyeva Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalından videogörüntü paylaşıb
Azərbaycan “Avroviziya 2026” üçün namizəd seçimi prosesində növbəti mərhələyə keçib