30 noyabr 2022 16:41
354

Co Bayden İran üzərində qələbədən danışdı

ABŞ prezidenti Co Bayden milli komandanın DÇ-2022-nin 3-cü turunda İranla oyunda (1:0) qələbə qazanmasına münasibət bildirib.

"İki sahil" "New York Post"a istinadən xəbər verir ki, ölkə başçısı əvvəldən qələbəyə inandığını deyib: “Oyun başa çatdı, ABŞ İranı 1:0 hesabı ilə məğlub etdi. Bu, böyük oyundur, dostlar. Məşqçi və futbolçularla oyundan əvvəl danışanda dedim ki, onlar bunu edə bilərlər. Və bunu etdilər!"

Qeyd edək ki, ABŞ millisı artıq 11-ci dəfədir ki, dünya çempionatında mübarizə aparır. Komanda 1/8 finalda Niderlandla qarşılaşacaq. Oyun dekabrın 3-də keçiriləcək.