30 noyabr 2022 17:56
341

Əfqanıstanda mədrəsədə partlayışda ölənlərin sayı 35-ə yüksəlib

Əfqanıstanın Səməngan əyalətində mədrəsədə partlayışda ölənlərin sayı 35-ə çatıb.

"İki sahil" TASS-a istinadən xəbər verir ki, “Haşt-e sübh” qəzeti daha 23 nəfərin yaralandığını yazır.

Qəzetin yazdığına görə, ölənlərin əksəriyyəti mədrəsədə təhsil alan şagirdlərdir.

Meyitlərin və xəsarət alanların mədrəsədən təxliyəsi davam edir.

Bundan əvvəl partlayışın kamikadze-terrorçu tərəfindən törədildiyi bildirilsə də, bu versiya hələlik rəsmi təsdiqlənməyib.

Hakimiyyət orqanları partlayışın səbəbi barədə hələlik açıqlama verməyib.