30 noyabr 2022 18:25
274

Ukraynanın diplomatik nümayəndəliklərində təhlükəsizlik gücləndiriləcək

Xarici işlər naziri Dmitri Kuleba Ukrayna səfirliklərinin təhlükəsizliyini gücləndirməyi tapşırıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Ukrayna XİN sözçüsü Oleq Nikolenko bildirib.

O, bunun Ukraynanın Madriddəki səfirliyinin binasında zərfdə gizlədilən partlayıcı qurğunun partlaması nəticəsində səfirliyin bir işçisinin yaralanmasına görə atıldığını deyib.

Kulebanın həmçinin İspaniya hakimiyyətini bu hücumu təcili araşdırmağa çağırdığı bildirilib.

Qeyd edək ki, Madriddə Ukrayna səfirliyində baş vermiş partlayışda 1 nəfər xəsarət alıb.