01 dekabr 2022 17:15
685

Dünyanın ən nəhəng rəsm əsərləri - FOTO

İncəsənətlə maraqlanırsınızsa,  onda yaxın oturun. Çünkü aşağıda təqdim edəcəyimiz dünyanın ən nəhəng  rəsm əsərlərini mütləq bəyənəcəksiniz.

“ Veneranın doğulması”-  Sandro Bottiçelli, 1,7 x 2,8 m

Florensiya boyakarlıq məktəbinin ən görkəmli nümayəndələrindən olan Sandro Botiçellinin ən məşhur əsərlərindən biri. Bottiçelli bu əsəri kətan üzərində işləməyə 1482-ci ildə başlamış və 1486-cı ildə bitirmişdir.  Rəsm əsəri məhəbbət ilahəsi Veneranın (yunanca Afroditanın) dəniz köpüyündən doğuluşunu təsvir edir. Çılpaq ilahə ürəyəoxşar balıqqulağının bir tayı üstündə küləyin qovduğu sahilə doğru üzür. Rəsm əsəri , əslində qadınlıq və sevgini simvollaşdırır.  Veneranın duruşu isə tam olaraq  məşhur qədim Roma heykəlini  kopyalayır.  Şəklin sol küncündə isə  Zefir (qərb küləyi) əri Xloridanı (romalılara görə Floranı) ağuşunda balıqqulağına tərəf üfürür, çiçəklərlə dolu külək əmələ gətirir.

“Dalğalar arasında”- İvan Aivazovski  2,8 x 4,3 m

Rəsm 1898-ci ildə rekord müddətdə , yəni cəmi 10 gün ərzində yaradılmışdır. 80 yaşlı  İvan Konstantinoviçə  bu rəsm əsərini yaratmaq fikri gözlənilmədən gəlmişdi.  Aivazovskinin vəsiyyətinə görə "Dalğalar arasında"   rəsm əsəri Feodosiya  şəhərində qaldı. O, hələ də orada rəsm qalereyasındadır.

Əslində bu kətan üzərində qəzəbli dalğalardan  başqa heç nə yoxdur. Fırtınalı dəniz yaratmaq üçün rəssam  çoxlu rənglərdən, dərin və zəngin tonlardan istifadə edib.  Aivazovski mümkün olmayanı bacarmışdı . O, suyu elə təsvir etmşdi ki, sanki  rəsmdə olan dalğalar hərəkət edir.

 "Bogatıri", Viktor Vasnetsov, 3 x 4,5 m

Viktor Mixayloviç  Vasnetsov sərhədsiz rus genişliklərini və sülhün keşiyində duran qəhrəmanları əbədiləşdirmək qərarına gəldi. Vasnetsov bu nəhəng tablonun üzərində  təxminən 20 ilə yaxın işlədi. Onun “Bogatıri” əsəri  rus xalqının  güclü ruhunun simvoludur.

Hazırda rəsm əsəri “Tretyakov” Qalereyasında saxlanılır.

“Gecə gözətçisi” Rembrandt, 3,6 x 4,4 m

Rembrandtın 1642-ci ildə çəkdiyi " Kapitan Frans Banniq Kokun və leytenant Villem van Röytenbürqün atıcı rotasının hücumu" adlı rəsm əsəri. Əsər holland rəssamlığının qızıl dövrünə aid edilir.

1642-ci ildə Rembrand Atıcılar cəmiyyətinin yeni iqamətgahı üçün 4 metrlik bir tablo çəkmək üçün sifariş alır. Bu tabloda o, Holland rəssamlıq məktəbinin ənənəsini pozmuş olur. Tabloda modellərin bilavasitə hərəkətli təsvir olunması sifarişçilərin bəyənməməsi üzündən imtina edilir. Tabloda personajların çoxluğu, kütləvilik Niderland inqilabı təəssuratları yaratması sifarişçiləri qorxuya salmış olur.

İllər ötdükcə şəkildəki lak o qədər qaralmış və his bağlamışdır ki, şəkildəki hadisənin gecə vaxtı baş verməsi təəssüratını oyadır. 1947-ci ildə əsər bərpa edildikdən sonra məlum olmuşdur ki, əsərdə günəşli gün təsvir edilir. Əgər  "Gecə gözətçiləri" adı ilə  dünya incəsənət tarixində özünəməxsus yer tutmuşdur. Bu nəhənq rəsm əsəri hazırda  Amsterdamdakı “Rijksmuseum” İncəsənət Muzeyindədir.

“Məsihin xalqa zühuru ”- Aleksandr İvanov, 5,4 x 7,5 m

Hazırda  “Tretyakov” qalereyasında nümayiş edilir  Dünyanın ən nəhəng rəsm əsəri üçün  hətta xüsusi olaraq ayrıca zal  da tikilib. Aleksandr İvanov bu möhtəşəm əsər üzərində   20 il işləyib.  Bu, İvanovun İncilə əsasən  yazdığı ilk rəsm deyil. İş bitdikdən bir il sonra İvanov rəsm əsərini Sankt-Peterburqa aparıb.  Rəssamlıq Akademiyasında bir sərgi baş tutur və  burada əsər onu görə bilən hər kəsdə unudulmaz təəssürat yaradır. İki aydan sonra böyük sənətkar vəfat edir.  Lakin həyatının işini tamamlamağı bacarır. 1858-ci ildə rəssamın ölümündən sonra onu II Aleksandr alır.

“Cənnət”- Tintoretto, 7 x 22 m

"Cənnət" Tintorettonun tac əsəri adlanır. O, bunu Venesiyada Doge Sarayı üçün yaratmışdı.  Bu əsəri,  əslində  Veroneseni çəkməli idi. Lakin onun ölümündən sonra Böyük Şuranın  divarını bəzəmək şərəfi Tintorettoya düşür.  "Cənnət" incəsənət dünyasında ən böyük freskadır. Əsərin kimə tapşırılacağı müəyyən edilməmişdən Tintoretto əsərin ona tapşırılması üçün tanrıya dua edirdi. O, yorulmadan əsər üzərində işləməyə başlayır. Tintoretto əsərin detallarının tamamlanmasında oğlu Domeniko Tintorettonun köməyindən də istifadə edir. Diqqətdən kənarda qalmış Tintorettonu bütün Venesiya bu möhtəşəm əsərə görə alqışlayır.  Qeyd edək ki, o zaman rəssamın  70 yaşı var idi. O, rəsm üzərində  təxminən 10 il çalışıb.  Bu rəsm əsəri, həmçinin dünyanın ən nəhənq  yağlı boya ilə yazılan tablosu sayılır.

“İnsanlığın  səyahəti”-  Saşa Jafri, 50 x 30 m

Saşa Jafri britaniyalı rəssamdır. 2020-ci ildə yazdığı "İnsanlığın səyahəti" rəsm əsərinin  ölçüləri iki futbol meydançasının sahəsi ilə müqayisə edilə bilər. Onu yaradarkən Saşa dünyanın 140 ölkəsindən olan uşaqların rəsmlərindən istifadə edib. Nəhənq   rəsm əsəri   7 ay ərzində  Dubayda yerləşən otellerin birində hazırlanıb.  Əlavə edək ki,  sənət əsərində 300-dən çox boya, təxminən 1065 fırçadan istifadə olunub və  ölçüsü iki futbol meydançasından daha böyükdür. Rəssam bu əsəri gündə 20 saat çalışaraq ərsəyə gətirib.

“Ginnesin Rekordlar Kitabı”na daxil olan rsm əsəri Dubayda keçirilən auksionda 63 milyon dollara satılıb. Satışdan əldə olunan gəlirin UNISEF və UNESKO kimi xeyriyyə təşkilatlarına bağışlanacağı bildirilmişdi.

2020-ci ildə tamamlanan və təxminən 1600 kv.metr ölçüsü olan əsəri ingilis sənətçisi satmaq üçün onu 60 müxtəlif hissələrə bölüb və ayrılıqda 4 fərqli auksionda satışını həyata keçirmək istəsə də lakin əsərin tam formasının alıcısı tapılıb.

"Dalğa" - Djuro Şiroqlaviç, 6500 m x 1,7 m

Bu rəsm əsəri “Ginnesin Rekordlar Kitabı”na daxil olub. Djuro Şiroglavic bunu 2007-ci ildə yaradıb. Rəsmi yaratmağda əsas məqsədi isə o idi ki, o  dünya rekorduna imza atmaq istəyirdi.  Həqiqətən də rəsmin ölçüləri  təsiredicidir. Heç 6 km uzunluğunda bir rəsm görmüsünüzmü?  Nəhəng tablonun yazılması üçün 2,5 ton boyadan istifadə olunub. Bu əsərini nəhəng ölçülərinə görə  heç bir  qalereyadan asmaq olmaz, hətta burada ayrıca zalın yaradılması da mənasızdır.

Bununla belə, sənətçi əsərinin  sahibsiz qalmasını istəməyib. Məhz buna görə, onu hissələrə bölərək hərracda satmaq qərarına gəlib. Djuro əldə etdiyi gəliri isə  Balkan yarımadasında müharibə zamanı itkin düşən uşaqlara yardım göstərən xeyriyyə fonduna bağışlayıb.

Samirə Tağıyeva, “İki sahil”