Gürcüstanın Xalq artisti, teatr və kino aktyoru Nuqzar Şariya 82 yaşında vəfat edib.
"İki sahil" TASS-a istinadən xəbər verir ki, bununla bağlı cümə günü Gürcüstanın Baş naziri İrakli Qaribaşvbvili Nazirlər Kabinetinin iclasında aktyorun yaxınlarına başsağlığı verib.
“O, hər zaman gürcü kino sənətinin tarixində xüsusi yerə malik olacaq”, - nazir vurğulayıb.
Şariya 1941-ci ildə anadan olub. Ötən əsrin 60-cı illərində “Absalom və Eteri”, Dağların qanunu” və başqa filmlərdə rol alıb. 70-ci illərdən Almaniya və ABŞ-da yaşayıb.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu