Azərbaycanlı yazıçı Elçin Əfəndiyev Türkiyənin ədəbiyyat sahəsində olan “Necip Fazıl” mükafatını alıb.
“İki sahil” xəbər verir ki, İstanbulun Atatürk Mədəniyyət Mərkəzində baş tutan mükafatlandırma mərasimində ölkə başçısı Rəcəb Tayyib Ərdoğan da iştirak edib.
Ərdoğan, çıxışı zamanı bildirib ki, E. Əfəndiyev bir çox dilə tərcümə edilmiş hekayə və romanları ilə insanların sevgisini qazanıb:
“Bu mükafatın Türkiyə-Azərbaycan dostluğunun səmimiyyəti və həmrəyliyinin dünyada örnək olduğu bir zamanda verilməsinin fərqli bir mənası var. Əfəndiyev qardaşımızın əsərləri və varlığı ilə bu dostluğun mədəniyyət və elm sahələrində bayraqdarlarından biri olmağına davam edəcəyinə inanır, onu təbrik edirəm”, - deyə Türkiyə Prezidenti bildirib.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu