04 dekabr 2022 11:19
476

Daşkəsən, Göygöl və Gədəbəyə qar yağıb

Dekabrın 3-ü axşam saatlarından başlayaraq Daşkəsən, Göygöl və Gədəbəy rayonlarına qar yağıb.

“İki sahil” xəbər verir ki, Daşkəsən rayonunun Xoşbulaq, Qaraqullar, Təzəkənd, Çıraqlı, Əmirvar, Qabaqtəpə, Astaf, Alaxançallı kimi ucqar dağ kəndlərində qarın hündürlüyü 15-25 santimetrə çatıb.

Daşkəsəndə yağan qarın yollarda nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün “31 saylı Yol İstismarı” MMC tərəfindən mütəmadi təmizləmə işləri aparılır, qum-duz qarışığı səpilir.

Hazırda qərb bölgəsində qeyri sabit hava şəraiti davam edir.