04 dekabr 2022 16:13
426

Yaponiya müdafiə xərclərini artırmaq istəyir

Yaponiya hökuməti müdafiə xərclərinə əlavə vəsait əldə etmək üçün hələlik vergiləri artırmamaq qərarına gəlib ki, bu da yaxın 5 ildə, demək olar ki, iki dəfə artaraq ÜDM-in 2 %-ni təşkil edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə “Kyodo” agentliyi hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, qeyri-müdafiə xərclərinin azaldılmasına üstünlük veriləcək.

Məlumata görə, hakim Liberal Demokrat Partiyasından olan bəzi deputatlar vergi yükünün artırılması ideyasına qarşı çıxıblar, çünki bu, istehlakçılara və biznesə birbaşa zərbə vuracaq.

Yaponiya hökuməti müdafiə ehtiyaclarına yenidən bölüşdürülməsi üçün əlavə vəsaitlərin cəlb edilməsi imkanlarını araşdırmağa davam edəcək.