İlk klounlar Orta əsrlərdə meydana çıxmışdılar. Klounlar əvvəllər gülməli personajlar kimi təqdim olunsalar da, zaman ötdükcə pozitivliklərini itirərək qorxulu filmlərin personajına çevriliblər. Qeyd edək ki, ilk dəfə kloun sözü 1560-cı ildə işlədilib. Sözün mənşəyinin island dilindəki “klunni” sözündən gəldiyi deyilir. “ Klunni” sözü “ xeyirxah adam” deməkdir. Əvvəllər klounlar xüsusən atçılıq sirklərində fəaliyyət göstərmişlər. Adətən, yoxsullar və içki düşkünləri bu işlə məşğul olurdular. Klounların rəmzinə çevrilən “qırmızı burun” məhz buradan yaranmışdır. Daha sonra klounların müxtəlif tipləri yaranmağa başlayıb.
Məsələn, “ağ klounlar, “qırmızı klounlar” . O zamanlar ağ klounlar əsas rolu aparırdılar , qırmızı klounlar isə onların köməkçiləri olmuşlar. Vaxt keçdikcə sirk klounları məşhurlaşmağa başlayır. Onlar musiqi, məzhəkəçilik, akrobatlıq, heyvan təlimçiliyi, pantomima və s. kimi bacarıqlara malik olurlar. Sirk klounlarının əksəriyyəti müxtəlif janrlarda fəaliyyət göstərirlər.
Dünyada tanınan İlk təlxək Cozef Qrimaldidir. O, 1802-ci ildə təlxək «Joey» kimi çıxış etməyə başlayıb. Klounların yaradıcısı, daha doğru desək onların atası kimi tanınan Qrimaldi peşəkar şəkildə çıxış edən ilk klounlardan biri olub və klounlara verdiyi nəsihətlərə görə məşhurlaşıb. Klounlar mimikalarını daha gülməli etmək üçün üzlərini rəngli boyalarla boyayırlar. Onların səhnə makiyajı kimi istifadə etdiyi üz boyasını da ilk dəfə məhz Grimaldi tətbiq edib. Məşhur kloun əvvəlcə üzünü ağ boyasa da, daha sonra insanların diqqətini daha da çəkmək üçün yanaqlarına qırmızı üçbucaqlar, gülümsəyən qırmızı dodaqlar və qalın qaşlar əlavə edib. Qrimaldi haqqında kitab yazan Andryu McConnell Stottun sözlərinə görə, o dövrdə bu üz boyası çox vacib hesab edilib. O, əlavə edib ki, hətta bu tip üz boyama 1800-cü illərin ən təsirli teatr dizaynlarından birinə belə çevrilib. Çox maraqlıdı ki, onun ölümündən sonra bir çox məşhur klounlar hər il onun məzarını ziyarət edirlər
Bu sahədə vacib çevrilişlərdən biri də odur ki, sirk pərəstişkarı olan Sten Bult 1947-ci ildə “Clowns International” təlxəklər assosiasiyası yaradıb. Təşkilat 1940-cı illərin əvvəllərində sirk sahibi Billy Smart tərəfindən başlayan ənənəni davam etdirmək üçün yaradılıb. Burada çalışan klounlar hər il müqavilələrini yeniləyirlər.
1895-ci ildə məşhur “The New York Times” Yesta Matuesi dünyada “yeganə qadın təlxək” adlandırıb. Qəzet qadın klon olduğu üçün onun haqqında nalayiq cümlələr işlətdiyinə görə, onların etdiyi bu səhv digər qadınların etirazına səbəb olub. Qeyd edək ki, ilk qadın klounları kimi tanınan Amelia Batler və İren Jeyel Neyton olub.
Dünyanın İlk uydurma qatil klounu 1892-ci ildə «Pagliacci» operasında səhnəyə çıxan Ruggero Leoncavallodur. «Pagliacci» sözü italyan dilində tərcümədə “təlxək” deməkdir. Bu opera əsasən məhəbbət hekayəsindən bəhs edir. Məhəbbət və xəyanət təlxək qiyafəsində olan personajın sevgilisini bıçaqlamasına səbəb olur.
2016-cı il Amerika və bəzi Avropa ölkələrində «kloun hücumları» ili elan olunub. Həmin ildə yüzlərlə insan kloun kimi geyinərək küçələrə axışıblar. Hadisə insanlarda qorxu yaradıb. “Təlxək terroru” adalandırılan olay Viskonsin ştatında başlayıb, daha sonra digər ştatlara da yayılıb. ABŞ və bir çox Avropa ölkələri vəziyyəti nəzərə alaraq müxtəlif tədbirlər görüblər. Belə ki, müəyyən ərazilərdə təlxək kostyumları və maskaların taxılması, satışı qadağan olunub.
Daha öncə qeyd etdiyimiz kimi, klounlar heç də yalnız pozitiv və zarafatçıl olmurlar. Dünyanın ən qorxulu təlxəyi kimi tanınan Stiven Kinqin qorxu romanından Pennivaysdır. “Rəqs edən təlxək” romanındakı Pennivays uşaqları ovlamaq və manipulyasiya edən mənfi bir personaj idi.
Koulrofobiya təlxəklərdən qorxmaq deməkdir. Heç bilirdinizmi, bir çox məşhur insanlar klounlardan qorxurlar. Məsələn, məşhur aktyor Conni Depp uşaqlığından klounları heç sevmir, daha doğrusu onlardan çəkinirdi. Məşhur Chapman Universitetinin 2016-cı ildə apardığı araşdırmaya görə amerikalıların 7,8%-i klounlardan qorxur.
2016-cı ildə Amerika və bəzi Avropa ölkələrində “Təlxək terroru” adlandırılan bir hadisə baş verib. Bu hadisə Viskonsin ştatında başlasa da, lakin daha sonra digər ştatlara da yayılıb. Yüzlərlə insan kloun kimi geyinərək küçələrə axışıblar. ABŞ və bir çox Avropa ölkələri vəziyyəti nəzərə alaraq müxtəlif tədbirlər görüblər. Belə ki, müəyyən ərazilərdə təlxək kostyumları və maskaların nəinki taxılması, hətta satışı belə qadağan olunub.
Hər il avqustun ilk həftəsində ABŞ-da Beynəlxalq Kloun Həftəsi keçirilir. Bu qərar i 2 avqust 1971-ci ildə ABŞ prezidenti Riçard Nikson tərəfindən qəbul edilmişdi.
Samirə Tağıyeva, “İki sahil”