Dünyaca məşhur kanadalı müğənni Selin Dion xəstəliyi səbəbindən Avropada verəcəyi silsilə konsertləri ləğv etdiyini açıqlayıb.
“İki sahil” xəbər verir ki, o, bu barədə özünün sosial şəbəkə hesabında məlumat verib.
“Uzun müddətdir ki, səhhətimlə bağlı problemlər yaşayıram, bu çətinliklərlə üzləşmək və yaşadığım hər şey haqqında danışmaq mənim üçün çox çətin olub. Bu səbəbdən, fevralda Avropa turumu yenidən başlamağa hazır deyiləm”, – o bildirib.
Qeyd edək ki, müğənni əzələ xəstəlikdən əziyyət çəkir.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu