Bu gün Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA-nın həqiqi üzvü, Rusiya Təhsil Akademiyasının akademiki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri Nərgiz Paşayevanın doğum günüdür.
Bu münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Akademik Nərgiz Paşayeva” adlı virtual sərgi hazırlanıb.
Kitabxanadan "İki sahil"ə verilən məlumata görə, virtual sərgidə fotolar, Nərgiz Paşayevanın müəllifi olduğu əsərlər, eləcə də tərtibçisi və redaktoru olduğu kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Nergiz_Pasayeva/index.htm linkindən istifadə edə bilərlər.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu