Azərbaycanın Əməkdar incəsənət xadimi, Respublika Prezidentinin fəxri təqaüdçüsü dirijor Kazım Əliverdibəyov vəfat edib.
Bu barədə "İki sahil"ə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından bildirilib.
Qeyd olunub ki, Kazım Əliverdibəyov bu gün səhər saatlarında vəfat edib.
K. Əliverdibəyov 1938-ci ildə Bakıda anadan olub, 1958-1960-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, daha sonra Opera və Balet Teatrında dirijor kimi çalışıb.
Mərhumla vida mərasimi 20 dekabr saat 13.00-dan 14.00-dək Təzə Pir məscidində keçiriləcək.
Allah rəhmət eləsin!
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu