21 dekabr 2022 18:29
729

Türkiyə Gəncəyə yeni Baş konsul təyin edib

Türkiyə Gəncəyə yeni Baş konsul təyin edib.

“İki sahil” xəbər verir ki, müvafiq qərarla bu vəzifəyə Rəcəb Öztop təyinat alıb.

Diplomat vəzifəsinin icrasına 2023-cü ilin yanvarın 1-də başlayacaq.

Qeyd edək ki, Türkiyənin Gəncədəki Baş konsullu Zəki Öztürkun səlahiyyət müddəti dekabrın 20-də başa çatıb.