Hər dəfə Azərbaycana gələndə, Bakını ziyarət edəndə böyük dəyişikliklərin şahidi oluram. Azərbaycandan olan birisi üçün bu, bir qədər qeyri-adi görünə bilər. Lakin bu, həqiqətən də belədir. Çünki bir ölkədə yaşayan insanlar həmin ölkənin nə qədər dəyişdiyini görə bilmirlər.
“İki sahil” xəbər verir ki, bu fikirləri Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdən sonra mətbuata bəyanatında söyləyib.
“Hər dəfə Bakıya gələndə mən həqiqətən də böyük tərəqqinin şahidi oluram. Deyərdim ki, inanılmaz tərəqqini görürəm. Buna görə mənim dostum Sizi təbrik etmək istəyirəm. Bu tərəqqiyə görə Azərbaycan vətəndaşlarını təbrik etmək istəyirəm. Mən Sizin nailiyyətlərinizə görə sevinirəm”, - Serbiya Prezidenti qeyd edib.
Azərbaycan Sülh sazişinin imzalanması üçün Ermənistan tərəfindən lazımi addımların atılmasını gözləyir - XİN rəhbəri
Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, əksinə, birləşdirir - Hikmət Hacıyev
Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib