Portuqaliyalı futbolçu Kriştiano Ronaldonun sevgilisi, məşhur model Corcina Rodriqez forvardla tanış olmasından danışıb.
"İki sahil" xarici KİV-lərə istinadən xəbər verir ki, Corcina 37 yaşlı hücumçunun yaraşıqlı olduğunu vurğulayıb və ona ilk baxışdan aşiq olduğunu deyib: “Kriştiano ilə mən ilk baxışdan aşiq olduq. Onu ilk görəndə mənə elə gəldi ki, vaxt dayanıb. Mən belə yaraşıqlı və diqqətli kişi görməmişdim. Bu, indiyə qədər gördüyüm ən yaraşıqlı kişidir. Bəli, mən dünyanın ən yaxşı oyunçusunun sevgilisiyəm. Yəqin ki, münasibətlərimiz bir çox arzularımın gerçəkləşməsinə imkan verdi. Amma mən təmizlikçi, satıcı və ya model olmağımdan asılı olmayaraq həmişə etdiyim hər şeyə eyni ehtirasla yanaşmışam”.
Qeyd edək ki, cütlüyün Alana Martina adlı 4 yaşlı qızı və Bella Esmeralda adlı 7 aylıq qızı var. Ronaldonun 11 yaşlı Kriştiano adlı oğlu, Yeva və Mateo adlı əkizləri surroqat anadan dünyaya gəlib.