“Ermənistan Azərbaycana sülh müqaviləsinə dair təkliflərini təqdim edib".
“İki sahil” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
“Sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, sərhəddə təhlükəsizlik təminatları ilə bağlı təkliflər də verilib”, - o bildirib.
N.Paşinyan vurğulayıb ki, Rusiya sülhməramlı kontingenti üçtərəfli bəyanatla təsbit olunmuş öhdəliklərini yerinə yetirmir.
Xatırladaq ki, daha əvvəl rəsmi Bakı sülh sazişi layihəsi ilə bağlı təklifləri İrəvana təqdim etmişdi.
Azərbaycan Sülh sazişinin imzalanması üçün Ermənistan tərəfindən lazımi addımların atılmasını gözləyir - XİN rəhbəri
Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, əksinə, birləşdirir - Hikmət Hacıyev
Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib
Hikmət Hacıyev "X" hesabında "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı filmini paylaşıb