Türkiyəli müğənni 28-29 dekabr tarixlərində “Şazeli Sahne”-də sizlərlə !
“İki sahil” xəbər verir ki, sevilən müğənni Sərdar Ortaçın Bakı konsertinə sayılı günlər qalıb. 28-29 dekabr axşamı, iki günlük konsert proqramı ilə Sərdar Ortaç səhnədə çıxış edəcək.
Sənətçi xüsusi orkestrı və canlı ifası ilə birgə səhnə alacaq. Gecə boyu pop ifaçı şou proqramla “Şazeli Sahne”də sevilən hitləri ilə pərəstişkarları qarşısında olacaq. Məşhur bəstəkar - müğənni Sərdar Ortaç növbəti dəfə paytaxtımızda mahnılarını canlı səsləndirəcək.
Yeni il ərəfəsində bu unudulmaz gecəni Sərdar Ortaçla keçirin.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu