Türkiyəli müğənni Hadisə ilə aktyor Kaan Yıldırımın münasibətdə olarkən açdıqları ortaq "Benek" hesabındakı son paylaşımlar müzakirələrə səbəb olub.
“İki sahil” xəbər verir ki, ilk paylaşımda müğənniyə işarə edilib və "Sənin üçün darıxdım, ana" deyə, yazılıb. İkinci paylaşımda isə "Ad günün mübarək, ata" deyə, qeyd olunub. Yazıların kim tərəfindən yazıldığı müzakirə olunsa da, uzun müddətdir istifadə olunmayan hesabın "fişinq" hücumuna məruz qaldığı iddia edilib.
Hadisədən sonra tərəflərin nə reaksiya verəcəyi maraq doğurub.
Qeyd edək ki, Kaan hazırda Pınar Denizlə sevgilidir.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu