Türkiyəli aktrisa Esra Sönmezer müsahibəsi ilə gündəmə gəlib.
"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa xidmət etmək üçün ailə həyatı qurmayacağını açıqlayıb:
"Ailə qursam, əsla ərimə xidmət etmərəm, qabağına yemək qoymaram. Kişi məndən bunu gözləməsin. Texnologiya inkişaf edib, bir zənglə yemək sifariş edirsən. İşim yoxdur, kişiyə baxacağam? Yox bir paltar yu, yer sil, şüşə sil... Niyə evlənirəm? qulluq etmək üçün evlənmirəm. Mənə zəng edib yemək sifarişi verməsin."
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu