Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb.
“İki sahil” xəbər verir ki, hadisə şəhərin Azərbaycan məhəlləsi və Qaraçux Kəndi istiqamətində dairəvi yolun kəsişməsində baş verib.
Belə ki, hadisə zamanı motosiklet sürücüsü Məmmədov Asim Məmməd oğlu yol hərəkəti qaydasınının tələblərini pozaraq Hüseynov Niyaməddin Yusif oğluna məxsus “Nissan Sunny” markalı minik avtomobili ilə toqquşub. Araşdırmalara görə hadisəyə səbəb Asim Məmmədovun içkili olması və yol hərəkəti qaydasınının tələblərini pozması olub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan Asim Məmmədov təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.
Otuz il əvvəl qətl törətməkdə təqsirləndirilən şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
Tarixi və mərkəzi ərazilərdə reklam yerləşdirilməsinə xüsusi tələblər tətbiq olunur