07 yanvar 2023 22:53
548

Qadın əri tərəfindən döyülüb

Cəlilabad rayonunda ər həyat yoldaşını döyüb.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1992-ci il təvəllüdlü A. Abasova həyat yoldaşı tərəfindən döyülüb.

Qadın müxtəlif bədən xəsarətləri ilə rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.