Azərbaycan şairi İmadəddin Nəsiminin fransız dilində ərsəyə gətirilmiş “Les Nous divins s’ourrent sur ton visage -Imadeddin Nassimi” (“Haqq yolu mən özüm oldum – İmadəddin Nəsimi”) kitabı Fransada nəşr olunub.
“İki sahil” xəbər verir ki, Parisin məşhur “Hemispheres editions & Maisonneuve Larose” nəşriyyatında çap olunmuş kitaba dahi şairin 200-dən çox qəzəli, tuyuq və rübailəri daxil edilib. Əsərlərdə istifadə olunan bəzi mürəkkəb söz və ifadələr izah və şərhlərlə verilib.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu