Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupları tərəfindən 21 dekabr 2022-ci il tarixində Kür çayının Tovuz rayonunun Qədirli kəndi ərazisindən keçən hissəsində batması ehtimal olunan 1974-cü il təvəllüdlü Məmmədov Eldəniz Mikayıl oğlunun axtarışları davam etdirilir.
“İki sahil” xəbər verir ki, bu barədə FHN-dən bildirilib. Xəbərə görə, əlverişsiz hava şəraitinə baxmayaraq, FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları vətəndaşın batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirlərini həyata keçirirlər.
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
Tarixi və mərkəzi ərazilərdə reklam yerləşdirilməsinə xüsusi tələblər tətbiq olunur
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik sakinlərin istifadəsinə verilib
Reklam daşıyıcılarının yerləşdirilməsi şəhərsalma prinsiplərinə uyğun planlaşdırılır