15 yanvar 2023 09:07
376

2026-ci ildə İran əhalisinin artım tempi sıfıra bərabər olacaq

“2026-ci ildə İran əhalisinin artım tempi sıfıra bərabər olacaq”.

“İki sahil” xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib ki, bunu iranlı sosioloq Saleh Qasemi İranın dövlət televiziyasında deyib.

Onun sözlərinə görə, sosioloji proseslərlə  bağlı həyəcanverici vəziyyət hələ də ciddi qəbul edilməyib: “Bu gün əhalinin artım tempi 0,7%-dən də aşağıdır və sıfıra doğru gedir. 2026-27-ci illərdə əhalinin artım tempinin sıfıra bərabər olacağını təsəvvür  etmək olar".