27 yanvar 2023 12:44
559

"Prezident Kuboku-2023" ilk dəfə Avropa Kanoe Assosiasiyasının təqviminə daxil edilib

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) daha bir uğura nail olub.

Qurumdan “İki sahil”ə verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan "Prezident Kuboku-2023" beynəlxalq reqatası ilk dəfə Avropa Kanoe Assosiasiyasının təqviminə daxil edilib.

Assosiasiyanın rəsmi internet səhifəsində yarışla bağlı məlumat da dərc olunub.

Qeyd edək ki, "Prezident Kuboku-2023" 4 - 7 mayda gerçəkləşəcək. AKAF-ın 2022-ci il, 21 - 23 oktyabrda təşkil etdiyi “Mingəçevir Reqatası” da Avropa Kanoe Assosiasiyasının təqvimində yer almışdı.