28 yanvar 2023 22:48
428

Naxçıvanda zəlzələ oldu

Yanvarın 28-də yerli vaxtla saat 22:14-də Naxçıvan stansiyasında 108 km cənubda, İran ərazisində zəlzələ qeydə alınıb.

“İki sahil” NUHÇIXAN-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələ Naxçıvan MR-də 5-3 bala qədər hiss olunub. 

***

Bu gün saat 22:15-də Naxçıvan Muxtar Respublikası ərazisində zəlzələ olub.

“İki sahil” NUHÇIXAN-a istinadən xəbər verir ki, ilkin məlumata görə dağıntı və tələfat yoxdur.

Əlavə məlumat veriləcək.