Amerikalı müğənni və aktrisa Cennifer Lopez yeni filminin çəkiliş meydançasında ölüm təhlükəsilə üzləşib.
“İki sahil” xəbər verir ki, Ben Afflekin həyat yoldaşı “My Pirate Wedding” filminin çəkilişi zamanı acı təcrübəsindən danışıb.
Məşhurun sözlərinə görə, o, Dominikan Respublikasında çəkiliş apararkən az qala qayadan yıxılacaqdı. Lakin Coş Dyuamel onu yıxılmaqdan xilas edə bilib.
CeyLo çəkilişləri bütövlükdə müsbət qiymətləndirib.
“Mən hiss edirəm ki, biz çox yaxşı iş görmüşük”, - deyə ekran ulduzu bildirib.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu