30 yanvar 2023 17:04
364

Şuşa və Macarıstanın Vesprem şəhərləri arasında memorandum imzalanıb

“Azərbaycan Respublikasının Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

“İki sahil” xəbər verir ki,  sənədi Budapeştdə Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Vesprem şəhərinin meri Gyulya Porqa imzalayıb.