30 yanvar 2023 18:12
823

Səhlab Bağırov vəzifəsindən azad olundu

Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının komandiri, general-mayor Səhlab Bağırov vəzifəsindən azad olunub.

“İki sahil” bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Belə ki, Səhlab Bağırov DİN-in sistemində başqa vəzifəyə təyinat alıb. Əmrə əsasən, o, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin nəzdində yerləşən mərkəzə rəhbər təyin olunub. O, yaxın günlərdə yeni vəzifəsinin icrasına başlayacaq.

Xatırladaq ki, 60 yaşlı Səhlab Bağırov ÇPA-nın ilk komandiri olub. Daha sonra 2011-2019-cu illərdə BŞBPİ-nin rəis müavini vəzifəsində çalışıb. 2019-cu ildən isə yenidən ÇPA-ya komandir gətirilib.