“Cənab Prezident, Siz Macarıstanın Türk Dövlətləri Təşkilatına qoşulmasına hər zaman dəstək vermisiniz. Biz bunu yüksək dəyərləndiririk”.
“İki sahil” xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilə geniş tərkibdə görüşdə bildirib.
“Macarıstan türkdilli dövlət kimi həmin platformada iştirak edən ölkədir və bu, bizim üçün nəinki mədəni, o cümlədən siyasi baxımdan əhəmiyyətlidir. Bir sözlə, cənab Prezident, ölkəmizə, Budapeştə çox xoş gəlmisiniz. Səfərinizə görə çox minnətdarıq. Keçmişdə təşəkkül tapmış dərin əməkdaşlığımızı yüksək dəyərləndiririk və ümid edirik ki, o gələcəkdə də davam edəcək”, - Orban vurğulayıb.
Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr noyabrda Bakıda keçiriləcək
Moratinos: BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb, 2027-ci il sammitinə hazırlıqlar müzakirə olunub
Rəsmi Bakının xarici siyasəti: Müstəqil, çoxvektorlu, milli maraqlara söykənən strategiya