01 fevral 2023 13:05
276

NATO üzvlük müraciətinə ayrılıqda baxsa, biz də buna etiraz etməyəcəyik

“Biz İsveç və Finlandiyanın təhlükəsizliklə bağlı narahatlıqlarını başa düşürük”.

“İki sahil” xəbər verir ki,  bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Tallində estoniyalı həmkarı Urmas Reinsalu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Madriddə üçtərəfli razılaşma əldə olunub: “Finlandiya ilə problemlərimiz daha azdır. Buna baxmayaraq, hələ heç bir tərəfdən, xüsusilə də İsveçdən müsbət addım görməmişik”.

M.Çavuşoğlu xatırladıb ki, tərəflər bir-birilərinin narahatlıqlarını başa düşməlidirlər: “Türkiyə NATO-nun genişlənməsinin əleyhinə deyil. İsveç və Finlandiyanın üzvlük müraciəti ilə bağlı vahid protokol var. Yəni hər iki dövlətin müraciətii eyni sənəddə əksi olunub. Buna baxmayaraq, əgər NATO onların üzvlük müraciətinə ayrılıqda baxsa, biz də buna etiraz etməyəcəyik. Dediyim kimi, Finlandiya ilə bağlı problemlərimiz daha azdır. Düzdür, orda da terrorçular var. Amma Finlandiyada İsveçdən fərqli olaraq təxribatlar olmur”.