03 fevral 2023 15:47
501

Qazandığımız tarixi Zəfərdə gənclərimizin misilsiz rolu olub

Ulu Öndər tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gənclər Günü elan edilb.

Bu gün hər kəsə məlumdur ki, 2 fevral gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin xalqın tələbi ilə hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda uğurlu dövlət gənclər siyasətinin əsası qoyuldu. 1996-cı il 2 fevral tarixində ulu öndər Heydər Əliyevin dəstəyi ilə Gənclərin 1-ci forumu keçirildi. 1997-ci ildən isə Prezidentin Sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başladı.

Bu gün ölkəmizdə idarə etmə bacarığı ilə seçilən intellektual, dünya görüşlü yeni nəsil yetişmişdir. Bu günki Azərbaycan gəncliyi ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir. Onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyası, iqtisadi yüksəlişini gənclərə olan diqqəti və qayğısı dərin ehtiramla xatırlanır.

Gənclərə göstərilən diqqət bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Prezident İlham Əliyev 2005-ci il avqustun 30-da, “Azərbaycan Gəncliyi Dövlət Proqramını təsdiq  edilməsi haqqında” Sərəncam imzalandı. 2007-ci il “ Gənclər ili” elan edildi, “2007-2015- ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının təsdiq edilməsi barədə Sərəncam imzalandı. Proqrama əsasən 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulurdu.

Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri vətənimizin müdafiəsində də, işğal edilmiş torpaqlarımızın azad olunmasında igidliklə döyüşüb, canlarından keçdilər. Azərbaycan gəncləri 44 günlük müharibədə Azərbaycan tarixində yeni qəhrəmanlıq səhifəsi yazdılar. Qazandığımız tarixi Zəfərdə gənclərimizin misilsiz rolu olub.

Nigar Abdullayeva,
Bakı şəhəri, Xətai rayonu, 64 nömrəli məktəbin tarix müəllimi