İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Gilberto Piçetto Fratin Azərbaycana səfər edəcək.
“İki sahil” xəbər verir ki, italiyalı nazirin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısında iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısı keçiriləcək. Müxtəlif ölkələrin nazirlərinin, beynəlxalq enerji şirkətlərinin nümayəndələrinin və digər rəsmilərin iştirakı edəcəyi toplantıda Cənub Qaz Dəhlizinin genişləndirilməsi perspektivləri müzakirə olunacaq.
Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
Vüqar Rəhimzadə: Qubadlının azad edilməsi Zəfər tariximizin şanlı səhifələrindəndir