02 fevral 2023 11:25
570

Türkiyənin energetika və təbii ehtiyatlar naziri Bakıya gəlir

Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz Azərbaycana səfər edəcək.

“İki sahil” xəbər verir ki, türkiyəli nazir Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında iştirak edəcək.

F. Dönməzin iclasda Türkiyənin enerji ticarət mərkəzi hədəfində çatdığı son nöqtə ilə bağlı məlumat paylaşacağı nəzərdə tutulur.

Qeyd edək ki, fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısı keçiriləcək.