02 fevral 2023 09:56
139

Azərbaycan-Macarıstan əlaqələri strateji tərəfdaşlıq əsasında genişlənir

Azərbaycan və Macarıstan arasında dərin köklərə malik sıx əlaqələr mövcuddur, bu gün də hər iki ölkənin rəhbərlərinin səyləri ilə Azərbaycan-Macarıstan arasında dostluq və əməkdaşlıq münasibətləri yüksək səviyyədədir. 2022-ci il Azərbaycan və Macarıstan diplomatik əlaqələrinin 30 ili tamam oldu. Ötən dövrdə hər iki ölkə arasında imzalanan 50 sənəd, xüsusilə 2014-cü ildə imzalanan Strateji tərəfdaşlığa dair Birgə Bəyannamə əlaqələrin daha da dərinləşməsinə şərait yaradıb.

Müasir diplomatik əlaqələrimizin tarixi 30 illik dövrü əhatə etsə də, xalqlarımız arasında əsrlərdən bəri davam edən dostluq və əməkdaşlıq ənənələri mövcuddur. Macarıstan Azərbaycan üçün yaxın dost və tərəfdaş ölkədir. Məmnunluqla qeyd etmək istəyirəm ki, ötən onilliklər ərzində dövlətlərarası münasibətlərimiz dinamik və hərtərəfli inkişaf etmiş, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimiz daha da genişlənmişdir.

Bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, energetika, nəqliyyat, kənd təsərrüfatı, təhsil və digər sahələrdə fəal əməkdaşlıq mövcuddur. Davam edən  qarşılıqlı münasibətlərin, faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar vardır. Macarıstan-Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rolun daha da artmasına dəstək verən, eyni zamanda Avropanın mühüm nəqliyyat dəhlizlərinin keçdiyi dinamik iqtisadiyyata malik bir ölkədir. Avstriya, Sloveniya, Ukrayna, Rumıniya, Serbiya, Xorvatiya və Sloveniya kimi ölkələrlə həmsərhəd olması, Mərkəzi Avropada yerləşməsi Macarıstanın Şərqi Avropa ilə Qərbi Avropa arasında mühüm strateji mövqeyə sahib olmasına, iqtisadi-siyasi proseslərin mərkəzində dayanmasına imkan yaradır.

Ölkənin logistik imkanları, geniş avtomobil və dəmir yolları şəbəkəsinə malik olması və bu şəbəkələrin qonşu dövlətlərin ərazisi ilə Avropanın ən böyük dəniz limanlarına əlverişli çıxış imkanları yaradır. Macarıstanın coğrafi mövqeyi, enerji dəhlizlərinin inkişafı üçün də geniş imkanlar açır və bu amil, şübhəsiz ki, həm Azərbaycan, həm də Avropa İttifaqı üçün əhəmiyyətə malikdir.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Macarıstan arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan dostluq münasibətləri bundan sonra da hər iki ölkənin mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir. Bu da onu göstərir ki, Prezident İlham Əliyevin Azərbaycanın müttəfiqlərinin, dostlarının sayının artması, ölkəmizin beynəlxalq müstəvidə mövqelərinin möhkəmləndirilməsi istiqamərində yürütdüyü siyasətin bariz nümunəsidir.

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi