02 fevral 2023 13:47
346

Şuşa Qırğızıstanın Razzakov şəhəri ilə qardaşlaşa bilər

Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin 11-12 oktyabr tarixlərində Qırğızıstana dövlət səfəri zamanı qeyd olunan Dostluq parkının, Heydər Əliyev və Nizami Gəncəvi adına məktəblərin açılışı olub. Həmçinin ölkələrimizin paytaxtları arasında qardaşlaşma əlaqələrinin yaradılması haqqında saziş də imzalanıb.

“İki sahil” xəbər verir ki, bunu mətbuata müsahibəsində Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev deyib.

O qeyd edib ki, hazırda Qırğızıstanın Oş şəhəri ilə Azərbaycanın Gəncə şəhəri, Karakol şəhəri ilə Qəbələ şəhəri, Razzakov şəhəri və Şuşa şəhəri arasında qardaşlaşmış şəhər əlaqələrinin yaradılması məsələsi ətrafında müzakirələr aparılır.