02 fevral 2023 14:17
397

ABŞ Dövlət katibi müavininin müşaviri Tehrandakı terror aktı ilə bağlı Azərbaycana başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxmanı qəbul edib.

“İki sahil” xəbər verir ki,  söhbət zamanı ABŞ nümayəndə heyəti ölkəmizin Tehrandakı səfirliyinə qarşı törədilmiş terror hadisəsi nəticəsində Azərbaycan vətəndaşının həlak olması ilə əlaqədar ABŞ-ın başsağlığını ifadə edib.