Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Kiyevə gedib.
“İki sahil” xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti "Twitter"də bildirib.
"Bizim qətiyyətimizdə heç bir geriləmə olmayacaq. Biz həmçinin Aİ-yə inteqrasiya yolunuzda sizə hər addımda dəstək olacağıq", Mişel bildirib.
Qeyd edək ki, bu gün Kiyevdə Aİ-Ukrayna sammiti keçiriləcək. Şarl Mişellə yanaşı Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell də Kiyevdədir. Onlar fevralın 2-də Ukraynaya gəlib.
Qırğızıstanda bir qrup siyasətçi millətlərarası münaqişə yaratmaq istəyir - Sadır Japarov xalqa müraciət edib
BƏƏ Prezidenti Ukrayna üzrə danışıqların yekunlarına dair Kuşner və Uitkoffu qəbul edib