04 fevral 2023 02:16
462

İranın molla rejimi keçmişini yadına salsın

Ata-babaları Şah İsmayılın, Nadir Şahın çəkmələrini öpənlər...

Tehranda Azərbaycan səfirliyində törədilən terror aktı ölkəmizdə İrana qarşı qəzəb və nifrəti daha da artırıb. Rəsmi Tehran bunu "məişət zəmini", daha döğrusu arvad davası adlandırmaqla özünü bir daha rüsvayi-cahan etdi. Məktəbli uşağın da inanmadığı belə bəhanə  cəmiyyətimizdə istehzaya səbəb oldu. Çünki İranın iki yüz illik törətdiyi rəzalətlər belə düşünməyə əsas verir. 1829-cu ildən bəri, yəni Azərbaycanın cənub hissəsini əsarət altına aldıqdan sonra  Şimali Azərbaycan barədə də iştahlı olan İranın buna gücü yetməsə də ancaq çirkin niyyətini gizlədə bilməyib və bəzi vaxtlarda açıq büruzə verib. Həmin əzazil rejimdir ki, azadlıq istəyən azərbaycanlıların üç inqilabını öz qanında boğub. Həmin inqilablar zamanı on minlərlə azərbaycanlı qətlə yetirilib, yüz minlərlə insan öz doğma vətənindən didərgin salınıb.

 Son iki ildə isə İranın müstəqil Azərbaycana qarşı daha qərəzli və qart düşmən münasibətinin şahidi oluruq. İki il yarım əvvəl Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrini darmadağın etməsindən sonra bunu həzm edə bilməyən İran özünü gah səmimi, gah da qeyri-səmimi aparması ilə qeyri-müəyyən bir münasibətin içərisində "səkkizlik" vurur. Gah qızarır, gah bozarır, gah da göyərir. Əmmaməli dövlət məmurları tez-tez Azərbaycan haqqında hədələyici tonda danışır, sərt cavab alanda "dost", "qardaş", "gözümüzün nuru" ifadələrini də işlədirlər. Bu necə dostluqdur ki, İran "dostuna" namərdcəsinə xəyanətlər edib, dəfələrlə qırıb-çatıb? Bu necə qardaşlıqdır ki, "qardaşını" öz yurdunda əsarət altına salıb və iki yüz ilə yaxındır ki, onu haqsız-hüqyqsuz kölə vəziyyətində saxlayır, varını-yoxunu istismar etməkdən əl çəkmir?

Lakin son hadisələr və ondan əvvəlki proseslər göstərdi ki, İran Azərbaycana qarşı sözdə bir, əməldə isə tam fərqli münasibət göstərir. Özü də belə qeyri-müəyyən münasibətləri onilliklərdir ki, davam etdirir. Odur ki, Tehranda törədilən terror aktı təsadüfən baş verməyib. İran uzun müddətdir öz mediasında Azərbaycan əleyhinə ciddi təbliğat aparır. Məsələn, zəhərli "Səhər" kanalında davamlı olaraq həm Azərbaycan xalqını, həm də cənab Prezidenti hədəfləyən müəyyən fikirlər söyləyirlər. Hətta azğınlaşmış jurnalistlər və ayrı-ayrı vəzifəli əmmaməlilər tərəfindən ünvanımıza təhqirlər də səslənir. Qarabağdakı qələbəmizdən sonra canlarını xof bürümüş mollalar və gözüqızmış  generallar növbəli şəkildə Azərbaycanı hədələyir və təhdid edirlər. Əsilsiz-köksüz və mədəniyyətsiz olduqlarını efirdə də nümayiş etdirirlər. Terror aktı zamanı polisin heç bir reaksiya verməməsi, İran hökumətinin hadisəni guya "məişət zəminində" baş vermiş hadisə kimi təqdim etməyə çalışması ikrah doğurur. Digər tərəfdən, şəhid olmuş vətəndaşımızın cənazəsi ən qısa zamanda təhvil verilməli olduğu halda saatlarla hava limanında saxlandı. Bu məsələdən də Azərbaycana qarşı təzyiq kimi, təsir məqsədilə istifadə etmək niyyəti özünü aşkar göstərdi.  Özünü müsəlman adlandıran, əslində hansı dinə qulluq etdikləri məlum olmayan İran rəsmiləri İslam qanunlarına burada da hörmətsizliklərini göstərdilər. Təbii ki, İran terror dövləti olduğu üçün xislətinə uyğun olaraq belə davrandı. Terror yuvası öz məqsədlərinə nail olmaq üçün hər zaman bu cür təxribatlardan, terrordan istifadə edir. İranın sərsəm iddiası belədir ki, Azərbaycan müstəqil dövlət ola bilməz, çünki hər zaman İranın tərkibində olub. Buna görə də Azərbaycanın güclənməsinə imkan vermək istəmir. Bundan da artıq həyasızlıq olarmı? Bunların babaları deyildimi Şah İsmayılın, Nadir şah Əfşarın çəkmələrini öpən? Min i Azərbaycan hökmdarlarının qapazaltısı bu farslar nə tez yaddan çıxardılar öz tarixlərini?  XIX əsrdə xanlıqların zəifləməsindən istifadə edib Azərbaycanın yarısını işğal edən, varidatını indiyədək düçməncəsinə talayıb Tehrana daşıyan  bu abırsızlar deyilmi? İndi başlarından böyük qələtlər edirlər.

 İran daxili auditoriyada təbliğat zamanı Azərbaycanda sionizmin yayıldığını iddia edir. Daha bir iddia isə guya Azərbaycanda İsrailin hərbi bazalarının olmasıdır. Bu iddianın heç bir əsası yoxdur. Tarixən bir-birinə yaxın və bağlı olmuş iki dövlət arasında münasibətlər bu qədər gərginləşməməli idi. Bunun bilavasitə əsas səbəbkarı İrandır. Hələ Birinci Qarabağ müharibəsi dövründə Bakıda casus şəbəkəsi yaradan və ermənilərə cizli dəstək verən İranın alçaq rəsmiləri Şuşanın işğal edilməsində ermənilərə xüsusi xidmət göstərdilər. Dünyaya murdarlıq mənbəyi kimi tanınan şər imperiyasının sonu çatıb. Yaşamaq istəyirsə öz siyasətini, yanaşmasını, baxışını dəyişməlidir. Əgər kirli-pasaqlı axmaq mollalar əməllərində ağıllı düzəlişlər etməsələr, belə hadisələr mütəmadi baş verəcək və cinayətlər yuvasının pis aqibətini tezləşdirəcək. Orada xalqların baş qaldıran və hələ də davam edən kəskin narazılıqları molla rejiminə ciddi dərs olmalıdır, əgər dərs götürməsə, onda cəhənnmə yaxşı yol!

Vəli İlyasov, "İki sahil"