03 fevral 2023 21:12
400

Gənclər onlara göstərilən etimadı yüksək səviyyədə doğruldurlar

Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən Azərbaycan Gəncləri Günü elan edilib. Bu, ulu öndər Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunub. Azərbaycanda hər il Gənclər Günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verir. Dünyada yalnız avqustun 8-dən 12-dək Lissabonda keçirilən konfransda BMT-nin qərarı ilə 1998-cu il avqustun 12-si Gənclər Günü elan edilib. Bu əlamətdar gün gənclərə lazımı diqqət göstərmək, onların naliyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənlərin iştirakına təkan vermək məqsədi ilə qeyd olunur. Tarixən hər bir xalq özünün xoşbət gələcəyə olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. 1999-cu ildə "Dövlət gənclər siyasəti haqqinda" fərmanının imzalanması və geniş fəaliyyət proqramının təsdiq edilməsi ulu öndər Heydər Əliyevin gənclərə böyük qayğısının sübutu idi.

Hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün iftixar və qürur hissi ilə bildirmək istəyirəm ki, Ümümmilli liderimiz Heydər Əliyevin ən böyük xidmətlərindən biri də o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hisslərindən biri hesab edir, gənclərin bacarıqlarını yüksək qiymətləndirirdi. Azərbaycan gəncliyinin təhsilli, savadlı olması üçün xarici ölkələrdə oxumasına dövlət dəstək verir. Azərbaycan gəncliyinin dünya təhsil sisteminə inteqrasiya etməsi, azərbaycanlı gənclərin xüsusən hərbi təhsilə önəmini artırır.

Ulu Öndər xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra gənclərin inkişafı istiqamətində genişmiqyaslı tədbirlərə start verildi. Bu siyasət öz bəhrəsini verdi. İdman və təhsil sahəsində gənclər böyük uğurları əldə ediblər. Nazirlər Kabineti “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nı təsdiq edib. Bu qaydalara uyğun olaraq, beynəlxalq olimpiada qalibləri ali məktəblərin istənilən, respublika fənn olimpiada qalibləri isə qalib olduqları fənn üzrə ixtisaslara imtahansız qəbul oluna biləcəklər. Bu qərar məktəblilərin daha yüksək səviyyədə hazırlığını stimullaşdıracaq. 

Azərbaycan gəncliyi 44-günlük Vətən müharibəsindəki şücaətləri lə tarixi Zəfər səhifəsi yazdılar. Prezident-Xalq-Ordu vəhdətindən ilhamlanaraq Azərbycan əsgərləri torpaqlarımızı işğaldan azad etdilər. Tarixi qələbəmiz bir daha sübut etdi ki, gənclər onlara göstərilən etimadı yüksək səviyyədə doğruldurlar.

Sevda Nəzərova,
Bakı şəhəri, 138 nömrəli tam orta məktəbin günüuzadılmış qrup müəlliməsi