04 fevral 2023 20:08
636

Azərbaycan-Macarıstan münasibətləri yeni inkişaf mərhələsinə daxil olub

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun bariz nümunəsi ölkə başçısının yanvarın 29-da Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti ilə bu ölkəyə səfəridir. Prezident İlham Əliyev yanvarın 30-da Budapeştdə mətbuata verdiyi bəyanatda bildirmişdir ki, bu gün imzalanan ikitərəfli əməkdaşlığın dərinləşməsi üçün bir-birimizə etdiyimiz qarşılıqlı dəstəyi əsirgəməyəcəyik. Bu hər iki ölkənin strateji tərəfdaşlığına dair imzalanmış ikinci sənəddir və bir daha onu göstərir ki, həqiqətən,  Azərbaycan  və Macarıstan  dost və tərəfdaş ölkədirlər.

Danılmaz faktdır ki, Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Azərbaycan xarici siyasətində Avropa dövlətləri ilə qarşılıqlı əməkdaşlığa böyük önəm verən ölkələrdəndir.

Prezident İlham Əliyevin Macarıstana növbəti səfərində məqsəd hər iki ölkənin siyasi əlaqələrinin inkişafına  və əməkdaşlığına töhfə vermək idi. Hər iki ölkə başçıları Azərbaycan və Macarıstan arasında hörmət və etimadın olduğunu vurğuladılar.  Səfər zamanı Azərbaycanla Macarıstan arasında əsas müzakirə olunan məsələ qaz nəqli sahəsində əməkdaşlıq haqqında olmuşdur.

Hazırda Rusiya-Ukrayna müharibəsinin davam etməsi səbəbindən Avropada enerji təhlükəsi yaranmışdır.Avropa qitəsi müxtəlif yollarla problemdən çıxış yolu axtarır. Buna görə də Macarıstan da daxil olmaqla beş Avropa ölkəsi Azərbaycan qazının idxal imkanını artırıb.

Azərbaycan-Macarıstan əlaqələri təkcə enerji sahəsini əhatə etmir. Belə ki, Azərbaycan enerji sektoru ilə yanaşı qeyri-neft sahəsinin də inkişafında maraqlıdır.

Prezident İlham Əliyev yaxın illərdə ölkənin enerji sektorunun xeyli genişləndiriləcəyi, 2027-ci ilədək ölkədə enerjinin 80%-nini xrac olunacağı barədə fikirlərini paylaşıb. 2027-ci ilədək  Xəzər dənizindən Avropaya qaz tədarükünün ildə 20 milyard kubmetrə qədər artacağı gözlənilir. Bu, dövlətimizin beynəlxalq siyasətinin daha bir uğuru olacaq. Əlbəttə, bu uğurun memarı Prezident İlham Əliyevdir.

Bu gün qalib Azərbaycan Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdə dost ölkələrin iştirakı ilə böyük bərpa və quruculuq işləri həyata keçirir. Azərbaycan Prezidenti Bəyanatında bildirib ki, minatəmizləmə sahəsi Macarıstanla əməkdaşlığın əsasistiqamətlərindən birini təşkil edəcək. İkinci Qarabağ müharibəsindən sonra bir milyondan çox mina təmizlənməlidir. Ona görə də, bu sahədə Macarıstanın təcrübəsini nəzərə almaq bizim üçün vacibdir.

Şəhərsalma istiqamətində Macarıstanın böyük təcrübəsi var. Azad edilmiş torpaqlarımızda daş daş üstə qalmayıb. Bütün binalar işğal dövründə dağıdılıb. Bərpa-quruculuq işlərində dost, qardaş ölkələrin dəstəyi əhəmiyyət kəsb edir. 

Beləliklə, Macarıstana səfər göstərdi ki, iki ölkə arasında münasibətlər yüksələn xətləi nkişaf edir və Azərbaycan-Macarıstan münasibətləri  yeni inkişaf mərhələsinə daxil olur.

Vüsalə Yəhyayeva,
Bakı şəhəri, Humanitar fənlər təmayüllü məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi