Rusiyanın Udmurtiya Respublikasının sakini Yelena Maksimova evli qadınlar arasında keçirilən “Kainat xanımı – 2022” beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub.
“İki sahil” xəbər verir ki, bu barədə tədbir təşkilatçılarının mətbuat xidməti məlumat yayıb.
Yanvarın 30-dan fevralın 5-dək Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gözəllik müsabiqəsində Çin, Tayland, Filippin, Yaponiya, Hindistan, Belarus, Ukrayna, Almaniya, İspaniya, ABŞ və digər ölkələrdən 120 iştirakçı mübarizə aparıb.
Müsabiqənin qalibi 34 yaşlı Yelena Maksimovanın iki övladı var. O, 2021-ci ildə "İkinci vitse-xanım Rusiya - Kainat" titulunu qazanıb.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu