Britaniyalı müğənni Sem Smit Londonda keçirilən "Brit Awards 2023" mükafatlandırma mərasimində iştirak edir.
“İki sahil” xəbər verir ki, 30 yaşlı Smit Londonun Harri moda evində sifarişlə tikilmiş qara lateks kombinezonda qırmızı xalçaya çıxıb. Musiqiçi imicini qara əlcəklər və iri dabanlı, platformalı çəkmələrlə tamamlayıb.
Onun geyimi mərasimin ən pislərdən biri seçilib və gülüş hədəfinə çevrilib.
Qeyd edək ki, bir neçə gün əvvəl musiqiçi “Grammy 2023” mükafatlandırma mərasimində iştirak etmək üçün də eyni dərəcədə ekstravaqant geyim seçmişdi.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu