Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim İsrailin bu ölkədəki səfiri Mixael Hersoqla görüşüb.
“İki sahil” xəbər verir ki, bunu azərbaycanlı diplomat özünün "Twitter" hesabında yazıb.
“Dərin müdrikliyin və peşəkarlığın təcəssümü olan səfir Hersoqla görüşdən böyük şərəf və məmnunluq hissi keçirdim. Dünyada mövcud təhdid və dəyişikliklərin fonunda biz Azərbaycan-İsrail strateji tərəfdaşlığını və həqiqi dostluğunu inkişaf etdiririk”, - o bildirib.
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO
Aİ Nümayəndəliyi: Qoy Müstəqilliyin Bərpası Günü Azərbaycana qürur, sevinc, rifah gətirsin
Güngör Yavuzaslan: Türkiyə-Azərbaycan qardaşlığı türk dünyasının lokomotividir