18 oktyabr 2026 19:33
113

Aİ Nümayəndəliyi: Qoy Müstəqilliyin Bərpası Günü Azərbaycana qürur, sevinc, rifah gətirsin

Aİ (Avropa İttifaqı) Nümayəndəliyi Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

“İki sahil” xəbər verir ki, bununla bağlı nümayəndəliyin "X"dəki hesabında paylaşım olunub.

"Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə səmimiyyətlə təbrik edir.

Qoy bu əlamətdar gün qürur, sevinc və sülh, rifah və tərəqqi dolu gələcəyə dair yeni ümidlər gətirsin", - paylaşımda qeyd olunur.