Xalq artisti Ramiz Novruzla vida mərasimi keçirilir.
“İki sahil” xəbər verir ki, evində baş tutan vida mərasimində aktyorun ailə üzvləri, sənət dostları, ictimaiyyət nümayəndələri iştirak edir.
Qeyd edək ki, Xalq artisti Ramiz Novruz fevralın 21-i gecə saatlarında uzun sürən xəstəlikdən sonra vəfat edib.
***
Xalq artisti Ramiz Novruzla vida mərasimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutacaq.
“İki sahil” xəbər verir ki, bu barədə mərhumun ailəsindən bildirilib.
Xatırladaq ki, Ramiz Novruz dünən axşam uzun sürən xəstəlikdən sonra vəfat edib.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu