Kamera və Orqan Musiqisi Zalının səhnəsində “Gənclərə dəstək” layihəsi çərçivəsində Ümummili lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş gənc violin ifaçısı, Respublika və beynəlxalq müsabiqələr laureatı Elmira Dadaşovanın (Əməkdar müəllim İlhamə Ağayevanın sinfi) solo konserti təşkil olunub.
“İki sahil” xəbər verir ki, musiqili gecədə solist beynəlxalq müsabiqələr laureatı Arzu Səfərovanın müşayiəti altında ifa edib.
Proqramda - V.A. Motsart, P.Sarasate, H.Venyavski, T.Vital-Şarlye, N.Paqanini, Q.Qarayevin əsərləri səslənib.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu