04 mart 2023 13:26
906

55 yaşlı “Neft Daşları”

“Neft Daşları” qəzetinin 55 illik yubileyi ilə bağlı xüsusi buraxılışı hazırlanıb.

“İki sahil” xəbər verir ki, qəzetdə "Heydər Əliyev İli" ilə bağlı Ulu Öndərimizə həsr olunan məqalə, uzun illər Ulu Öndərimiz və ölkə başçımız ilə çalışan Akademik Xoşbəxt Yusifzadənin doğum gününə və neft-qaz sənayesindəki fəaliyyətinə həsr olunan məqalə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yeni istismara verilən “Akademik Xoşbəxt Yusifzadə” tankeri haqqında məlumat, “Neft Daşları”nda çalışan fədakar neftçilərimizin əmək fəaliyyətləri, ötən il “Neft Daşları”nda keçirilən tədbirlər, yerli və xarici media nümayəndələrinin “Möcüzələr adası’’na səfəri, “Maraqlı faktlar” əks olunub.

Xüsusi buraxılışla BURADAN tanış ola bilərsiniz.